AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi


İdman 27 Noy 2018 14:49:00 259 0

AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi I Divizionun XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

Goal.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, komitə MOİK və "Neftçi-2"ni 240 manat məbləğində cərimələyib. Buna səbəb komandalar arasındakı görüş başa çatdıqdan sonra qarşıdurmanın baş verməsidir. 

Qurum "Qarabağ" klubuna da eyni məbləğdə cəza kəsib. "Qarabağ-2"nin "Zaqatala" ilə görüşdə geyimində nöqsanlar aşkar olunub və bu səbəbdən qarşılaşma 5 dəqiqə gec başlayıb. 

Qeyd edək ki, "Neftçi-2" MOİK-i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ-2" - "Zaqatala" matçında isə qalib müəyyənləşməyib - 1:1.