Barcelona meydandan kənarda da birincidir


İdman 27 Noy 2018 11:52:00 268 0

Barcelona meydandan kənarda da birincidir

Barcelona illik əmək haqqının 10 milyon funt sterlinqi keçdiyi ilk idman klubuna çevrilib.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisində orta əmək haqqı 10,45 milyon funtdur.

İkinci yerdə 8,10 milyon funt göstərici ilə Real Madrid-dir. "Top-10"a daha iki futbol klubu - İtaliya Juventus-u (6,73 milyon funt) ilə İngiltərə Manchester United-i (6,53 milyon funt) da düşüb.

Qeyd edək ki, qalan 6 komanda isə Milli Basketbol Assosiasiyasında çıxış edənlərdir.