Hertha - Qəbələ oyununun hakimləri açıqlandı


İdman 26 Noy 2018 16:33:00 382 0

Hertha - Qəbələ oyununun hakimləri açıqlandı

UEFA Gənclər Liqasının 2-ci mərhələsində Qəbələ  ilə Hertha arasında keçiriləcək cavab oyununun hakimləri məlum olub.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Berlində baş tutacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Ferents Karako olacaq.

Ona həmyerliləri Tibor Ksatari və Norbert Bornemissa kömək edəcək. Matçın dördüncü hakim funksiyasını isə almaniyalı Lasse Koslovski yerinə yetirəcək.

“Vurfplats” stadionunda keçiriləcək Hertha - Qəbələ oyunu noyabrın 28-də, saat 16:00-da start götürəcək. Komandalar arasında Qəbələdə keçirilən ilk görüşdə almanlar 3:1 hesablı qələbə qazanıb.