Barcelona Neymarı qaytarmağa hazırdır, amma...


İdman 22 Noy 2018 13:51:00 289 0

Barcelona Neymarı qaytarmağa hazırdır, amma...

Neymar Barcelona-ya qayıtmaq arzusundadır.

Goal.az xəbər verir ki, PSG-də özünü xoşbəxt hiss etməyən braziliyalı geri dönmək istəyir. Futbolçu hesab edir ki, Kataloniya klubunda daha yaxşı inkişaf edə bilər. Barcelona “sambaçı”nı qəbul etməyə hazırdı. Lakin bəzi tələbləri var. Klub tələb edir ki, hücumçu özü geri dönməyə təşəbbüs göstərsin. Neymar PSG-də xoşbəxt olmadığını və geri dönmək istədiyini rəsmən bildirməlidir. Həmçinin Kataloniya klubunu tərk etməklə səhv etdiyini rəsmi şəkildə bəyan etməlidir. Bu cür bəyanat Barcelona azarkeşlərinin futbolçuya münasibətini dəyişdirə bilər. Qayıdış baş tutarsa, Neymar aşağı məvaciblə razılaşmalı olacaq. Barcelona PSG-də aldığı məvacibi ödəmək iqtidarında deyil.

Qeyd edək ki, braziliyalı hücumçu ötən il PSG-dən Barcelona-ya rekord məbəğlə transfer olunub-222 milyon avro.