Millimiz Kosovo ilə qarşılaşır


İdman 20 Noy 2018 09:38:00 280 0

Millimiz Kosovo ilə qarşılaşır

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

Goal.az-ın məlumatına görə, komandamız qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. 

Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası

D liqası, III Qrup

VI tur

23:45. Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Priştina. “Fadil Vokrri” stadionu