Super Liqa klubuna transfer qadağası


İdman 16 Noy 2018 11:49:00 303 0

Super Liqa klubuna transfer qadağası

FİFA Türkiyənin Kayserispor klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, qurum Super Liqa təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.

Buna Kayserispor-un 2015/16 mövsümündə İspaniya Malaga-sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsi səbəb göstərilir.

Qeyd edək ki, Adnan Tiqhaduini Kayserispor-da cəmi 7 oyuna çıxıb.