Runi vida matçını keçirdi


İdman 16 Noy 2018 10:48:00 332 0

Runi vida matçını keçirdi

İngiltərə-ABŞ yoldaşlıq görüşü (3:0) Ueyn Runi üçün vida matçı olub.

Goal.axz xəbər verir ki, veteran futbolçu oyunun 58-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı Runi İngiltərə millisinin ən yaxşı bombardiri sayılır. 120 oyunda 53 qol vurub. Millinin heyətində ən çox oyun keçirən ikinci futbolçudur.

Hücumçu vida matçından sonra deyib: “Həyatımın ən gözəl anlarını yaşadım. Hamıya təşəkkür edirəm. Matçdan əvvəl xahiş etdim ki, hədiyyəni mənə məhz Harri Keyn təqdim etsin. Əminəm ki, rekordumu o qıracaq”.

Qeyd edək ki, Keyn İngiltərə millisində 19 qol vurub.