Fenerbahçe-nin yeni baş məşqçisi müəyyənləşdi


İdman 15 Noy 2018 15:50:00 313 0

Fenerbahçe-nin yeni baş məşqçisi müəyyənləşdi

Fenerbahçe klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi hollandiyalı Ervin Kumanla müqavilə imzalayacaq.

57 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.

Qeyd edək ki, Ervin Kuman Fenerbahçe-da istefaya göndərilən Filip Kokunun köməkçisi idi.