“Real Ronaldosuz da güclüdür”- Emilio Butraqenyo


İdman 15 Noy 2018 10:45:00 230 0

“Real Ronaldosuz da güclüdür”- Emilio Butraqenyo

Real-ın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Emilio Butraqenyo bildirib ki, Madrid klubu əvvəlki kimi güclüdür.

Goal.az xəbər verir ki, keçmiş futbolçu klubun yüksək nəticələr göstərəcəyinə əminliyini ifadə edib. “Çempionlar Liqasının ardıcıl 3 dəfə qalibi olmuşuq. Bununla belə, nəticələr bizi qane etmir. Daha yaxşı oynamaq istəyirik. Qarşıya qoulan məqsədlərə çatmaq öz əlimizdədir. Komandada atmosfer əladır. Hər zaman irəlidə olmaq Real üçün prioritetdir. Ronaldo dahi futbolçudur. Bunu heç kim inkar edə bilməz. Real Ronaldosuz da güclüdür. Mövsümün sonuna hələ çox var. Nəyə qadir olduğumuzu sonda hamı görəcək”, - Butraqenyo deyib.

“Kral klubu” İspaniya çempiomatında 12 turdan 20 xal toplayıb. Turnir cədvəlində 6-cı yerdədir. Lider Barcelona-dan dörd xal geri qalır.