Avropada oturacaqsız tribuna dövrü başlayır


İdman 13 Noy 2018 15:03:00 288 0

Avropada oturacaqsız tribuna dövrü başlayır

Avropanın nəhəng klubları qapı arxasında yerləşdirilən dəmir tribuna sayəsində gəlirlərini artırmağa başlayıb.

Goal.az xəbər verir ki, Borussia Dortmund klubu çempionat oyunlarında bu sistemi tətbiq edirdisə,  Tottenham də il sonuna açılışı planlaşdırılan yeni stadionunda ayaqüstü tribunalar hazırlayacaq.

Avropanın “böyük beşlik” ölkələrində bu təcrübənin tətbiqi gözlənilir. Dortmund Borussia-sı 81 min azarkeş tutumuna malik stadionununda qapı arxası tribunalardan oturacaqları götürüb. Bu addım azarkeş sayının artması ilə yanaşı, klubun gəlirlərinə də təsir edib. Almaniyanın digər klubları da stadionlarında dəyişiklik etməyə hazırlaşır.

Almaniya ilə yanaşı Fransada da oturacaqsız tribuna dönəmi başlayıb. Artıq Liqa 1 matçlarında dəmir tribuna tətbiq olunub. Hələ ki, bu dəyişiklik azarkeş sayına təsir etməyib. Gələcəkdə stadionun azarkeş tutumuna təsir edəcək dəyişikliklər ediləcəyi gözlənilir.

Mühafizə baxımından ən təhlükəsiz stadionların olduğu İngiltərədə hökümət oturacaqsız tribunaya yaşıl işıq yandırıb. Tottenham-in il sonunda açılışı olan stadionu ilə bağlı “güvənli şəkildə oyun izləməyə imkan verən tribuna” olacağı bildirilib.