Mourinyo: “Milyonlarla insan bu qələbəni gözləyirdi”


İdman 08 Noy 2018 11:50:00 269 0

Mourinyo: “Milyonlarla insan bu qələbəni gözləyirdi”

Manchester United-in baş məşqçisi Joze Mourinyo ÇL-nin 4-cü turunda Juventus-la oyunu (2:1) təhlil edib.

Goal.az xəbər verir ki, mütəxəssis komandasından razı qaldığını deyib. “Əla matç oldu. Komandam sonadək mübarizə apardı. İtaliyalı azarkeşlərə jest etmək istədim və etdim (Mourinyo əlini qulağının arxasına qoyaraq tribunaya tərəf çevrilib). Milyonlarla insan bu qələbəni gözləyirdi. Futbolçularıma minnətdaram. Əllərindən gələni etdilər. Matça yaxşı başladıq. Nəzarəti itirmədik. Yuventus fantastik klubdur. Fenomenal futbolçuları var. Ronaldo gözəl qol vurdu. “Qoca senyora” evdə mükəmməl oynayır. Qrupda sonuncu oyunu evdə Yanq Boyz-la keçirəcəyik. Düşünürəm ki, pley-off mərhələsinə çıxmaq imkanımız var. 3 xal qazanmaq çətin olmayacaq”, - Mourinyo deyib.