Mövsümün ilk məğlubiyyəti


İdman 08 Noy 2018 11:10:00 258 1

Mövsümün ilk məğlubiyyəti

Hesabı oyununun 65-ci dəqiqəsində Ronaldo açıb. Xuan Mata 86–cı dəqiqədə tarazlıq yaradıb. Üç dəqiqə sonra Aleks Sandro Manchester United-in qələbə qolunu vurub. Mourinyonun komandası hazırda 7 xalla qrup ikincisidir.

Çempionlar Liqasının 4-cü turunda Yuventus evdə Manchester United-lə bacarmayıb-1:2. Goal.az xəbər verir ki, bu, turinlilərin mövsümdə ilk məğlubiyyətidir. 

“Qoca senyora” İtaliya çempionatında və ÇL-də keçirdiyi ardıcıl 14 matçda uduzmayıb - 13 qələbə, 1 heç-heçə.