İkardi üçün 110 milyonluq təklif


İdman 06 Noy 2018 16:52:00 333 0

İkardi üçün 110 milyonluq təklif

Real İnter-in hücumçusu Mauro İkardini heyətinə qatmağa hazırlaşır.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi bu transferin baş tutması üçün 110 milyon avro xərcləməyə hazırdır. İspan klubu bu təkliflə qışda Milan rəhbərliyinə müraciət edəcək. Real İkardiyə Kərim Benzemanın əvəzləyicisi gözündə baxır.

İkardi İnter-i tərk etmək fikrindədir və bu səbəbdən klubla yeni müqavilə bağlamaq fikrində deyil.

Futbolçu cari mövsüm İnter-in heyətində keçirdiyi 11 oyunda 8 qol vurub.