Poçettino etiraf etdi: "Əlçatmaz görünür”


İdman 06 Noy 2018 11:28:00 276 0

Poçettino etiraf etdi: "Əlçatmaz görünür”

Tottenham-ın baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 4-cü turunda PSV ilə oyundan gözləntilərini dilə gətirib.

Goal.az xəbər verir ki, növbəti mərhələyə çıxmaq üçün şans yarandığını deyib.

“3 xal qazanmaq imkanımız var. Növbəti tura yüksələ bilərik. Düzü, Çl-nin pley-off mərhələsi əlçatmaz görünür. Düşünürəm ki, bacarmasaq, təzyiqlə üzləşməyəcəyəm. Əlimizdən gələni etməliyik. Heyətdə cəmi 18-19 futbolçu var. Bu baxımdan seçim çətin deyil. PSV matçında qalib gəlsək şanslarımız arta bilər”,- Poçettino bildirib.