Qəbələ - Qarabağ görüşünün vaxtı açıqlandı


İdman 05 Noy 2018 20:13:00 236 0

Qəbələ - Qarabağ görüşünün vaxtı açıqlandı

Futbol üzrə Topaz Premyer Liqasının XI turunun oyunlarının vaxtı müəyyənləşib.

Goal.az çempionatın yayımçısı "CBC Sport" telekanalının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tura noyabrın 10-da "Sabah" - "Səbail" matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 17:30-da başlayacaq. "Neftçi" və "Zirə" komandaları arasındakı günün digər oyunu saat 19:30-da start götürəcək.

Növbəti gün turun mərkəzi matçı hesab olunan "Qəbələ" - "Qarabağ" görüşü 17:30-da başlayacaq. X tura "Sumqayıt" - "Keşlə" oyunu ilə yekun vurulacaq. Həmin duel saat 19:30-da start götürəcək.