Neftçi-nin sabiq prezidentinə növbəti təyinat


İdman 05 Noy 2018 16:10:00 243 0

Neftçi-nin sabiq prezidentinə növbəti təyinat

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gənc funksioner da J qrupunun IV turunda Rusiya “Krasnodar”ının evdə Belçika “Standart”ı ilə keçirəcəyi oyunda iş başında olacaq.

O, sözügedən matçda UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Görüşü Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək.

Noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Qeyd edək ki, Orxan Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.