4 oyunda 6 qol


İdman 05 Noy 2018 14:10:00 357 0

4 oyunda 6 qol

Azərbaycan Premyer Liqasının 10-cu turu aşağı məhsuldarlıqla diqqət çəkib.

Goal.az xəbər verir ki, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub. Bunun yarısı “Qəbələ” - “Sabah” görüşünə təsadüf edib - 2:1.

“Qarabağ” - “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” - “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. “Zirə” - “Səbail” qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib.

Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir. Belə ki, sentyabrın 14-16-da keçirilən 4-cü turda məhsuldarlıq daha aşağı olub. Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.