Kontenin Real-a keçidinin baş tutmamasına səbəb nə olub?


İdman 02 Noy 2018 15:34:00 254 0

Kontenin Real-a keçidinin baş tutmamasına səbəb nə olub?

Antonino Kontenin Real sevdası baş tutmayıb.

Goal.az xəbər verir ki, “kral klubu”nun keçmiş prezidenti Ramon Kalderon bunun səbəbini açıqlayıb. “Xulen Lopeteqinin istefasından sonra əsas namizəd Konte sayılırdı. Danışıqlar alınmadı. Konte 3 illik müqavilə və transfer məsələsində sərbəstlik tələb edirdi. Öz adamlarından 5 nəfəri kluba gətirmək istəyirdi. Peres bu şərtlərə razı ola bilməzdi. Düşünürəm ki, Konte Madridin tələblərinə cavab verən məşqçi deyil. Müdafiə oyununa üstünlük verir. Əks-hücumlarda qol vurmağı daha məqbul sayır. İş üslubu Joze Mourinyo ilə oxşardır. Real-a isə belə məşqçi lazım deyil”, -  keçmiş prezident deyib.