7 ağırlıqqaldıranımız dünya çempionatında mübarizə aparacaq


İdman 31 Okt 2018 16:52:00 256 0

7 ağırlıqqaldıranımız dünya çempionatında mübarizə aparacaq

Noyabrın 1-də Türkmənistanın paytaxtı Aşqabadda start götürəcək ağırlıqqaldırma üzrə dünya çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət yığmasının heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, 10 gün davam edəcək yarışda ölkəni 7 idmançı təmsil edəcək. Bunlar 

Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi 73 kq), Kənan Əliquliyev (81 kq) və Tarmenxan Babayevdir (89 kq).

Qadınların mübarizəsində Azərbaycan ağırlıqqaldıranlarından heç kim iştirak etməyəcək.

Qeyd edək ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq.