Topaz Premyer Liqasında IX turun rəmzi komandası


İdman 31 Okt 2018 16:17:00 294 0

Topaz Premyer Liqasında IX turun rəmzi komandası

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.

Goal.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Zirə”nin 4, “Neftçi”nin 3, “Sabah”ın 2, “Keşlə” və “Sumqayıt”ın 1 futbolçusu yer alıb. Səlahət Ağayev 5, Şəhriyar Əliyevlə Mirabdulla Abbasov 4, Dario Federiko 3, Denis Silva, İlkin Qırtımov və Sadio Tounkara isə 2-ci dəfə “11-liy”ə düşüb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”) 

Müdafiəçilər: Tellur Mütəllimov (“Zirə”), Şəhriyar Əliyev (“Sumqayıt”), Denis Silva Kruz (“Keşlə”) , İlkin Qırtımov (“Zirə”) 

Yarımmüdafiəçilər: Sadio Tounkara (“Zirə”), Dario Federiko (“Neftçi”), Erik Ramos (“Sabah”), Bilal Həmdi (“Zirə”)

Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Cavid İmamverdiyev (“Sabah”)

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.