Real məşqçi tapa bilmir - sabiq futbolçusu da "yox" dedi


İdman 31 Okt 2018 11:38:00 294 0

Real məşqçi tapa bilmir - sabiq futbolçusu da "yox" dedi

Xulen Lopeteqi ilə yollarını ayıran Real baş məşqçi axtarışlarını davam etdirir.

Goal.az-ın AS nəşrinə istinadən məlumatına görə, “kral klubu”nda bu posta namizədlərdən biri Mikael Laudrup olub.

Moskva “Spartak”ının sabiq çalışdırıcısı futbolçu karyerası zamanı formasını geyindiyi madridlilərə “yox” cavabını verib. Danimarkalı mütəxəssis komandanın hazırkı durumu qənaətbəxş olmadığından, danışığa razılıq verməyib. Ona qədər isə italiyalı Antonio Konte ilə danışıqlar müsbət nəticələnməyib.

Qeyd edək ki, Real ilk 10 turdan sonra La Liqada 9-cu pillədə qərarlaşıb.