Lopotegi futbolçularla vidalaşdı


İdman 29 Okt 2018 10:48:00 262 0

Lopotegi futbolçularla vidalaşdı

Barcelona-nın İspaniya çempionatının 10-cu turunda Real-ı darmadağın etməsi (5:1) “kral klubu”nun baş məşqçisi Xulen Lopeteqinin gözlənilən istefasını tezləşdirə bilər.

Goal az xəbər verir ki, baş məşqçi, hər etimala qarşı, komanda ilə vidalaşıb. 52 yaşlı mütəxəssis futbolçulara minnətdarlıq edib və “sizinlə vida anı gəldi”,-deyib.

Real 2002-ci ildən bəri ilk dəfədir ki, səfərdə keçirdiyi ardıcıl 4 matçda məğlub olur. 14 xalı olan komanda turnir cədvəlində 9-cu yerdədir. Lopeteqinin postuna Antonino Kontenin gətiriləcəyi gözlənilir. Məşqçi karyerası ərzində Chelsea, Juventus klublarını və İtaliya millisini çalışdırıb.