Qaret Beyl vergidən yayınmaqda günahlandırılır


İdman 25 Okt 2018 17:44:00 310 0

Qaret Beyl vergidən yayınmaqda günahlandırılır

Real-ın yarımmüdafiəçisi Qaret Beylin başı dərddədir.

Goal.az "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, İspaniya vergi xidməti futbolçunun vergidən yayındığını açıqlayıb. Beylin 2013-cü ildən bəri vergi ödəmədiyi deyilir. Qalliyalının əsas borcu 200 min avro təşkil edir. Gecikməyə görə cərimələnən yarımmüdafiəçi əlavə 100 min avro ödəməlidir. Cərimənin faizi isə 37 min avro hesablanıb. Beləliklə, məsuliyyətə cəlb olunmamaq üçün, Beyl ümumilikdə 337 min avro ödəmək məcburiyyətindədir.

29 yaşlı yarımmüdafiəçi 2013-cü ildə 101 milyon avro qarşılığında Tottenham-dan Real-a transfer olunub. Bu mövsüm Madrid klubunun heyətində 11 oyuna çıxıb və 4 qol vurub.

Xatırladaq ki, İspaniya vergi xidməti bir müddət bundan əvvəl Real-ın digər yarımmüdafiəçisi Luka Modriçi vergidən yayınmaqda günahlandırmışdı.