Xocalı kikboksçuları erməniləri darmadağın etdilər


İdman 24 Okt 2018 15:14:00 278 0

Xocalı kikboksçuları erməniləri darmadağın etdilər

"Xocalı" İdman Klubunun yeniyetmə kikboksçuları bu dəfə güclərini Gürcüstanda keçirilən beynəlxalq turnirdə sınayıb. Baş məşqçi Əli Cəfərovun rəhbərliyi altında 12 nəfərdən ibarət komanda böyük üstünlük qazanıblar.

Goal.az xəbər verir ki, yarışın ən texnikalı komandası seçilən Azərbaycan kikboksçuları 9 qızıl medal, 3 gümüş medalla Vətənə dönüblər. Bəkirzadə Bəkir, Abbasov İlkin, Əliyev Xəyal, Qasımzadə Orxan, Məlikov Hüseyin, Nəcəfov Şamil, Hacıyev Vüqar, Məlikov Orxan, Muradov Mais qızıl medal, Hüseynli Sultan, Ələkbərli Telman və Həsənova Özləm gümüş medal qazananlar sırasında yer alıblar. Ən maraqlı məqam isə odur ki, 4 idmançımız finalda erməniləri darmadağın edərək bayrağımızı dalğalandırıblar.