Qarabağ bu hücumçunu əldən qaçırıb


İdman 24 Okt 2018 11:53:00 238 0

Qarabağ bu hücumçunu əldən qaçırıb

Goal.az "eldesmarque.com" saytına istinadən xəbər verir ki, Donetsk Shakhtar-un hücumçusu Qustavo Blanko Leşuk yayda Ağdam komandasına keçməyə yaxın imiş.

Qarabağ-ın mövsüm ərəfəsində transfer etmək istədiyi daha bir futbolçunun kimliyi bəllidir.

Sporting, Malaga, Mallorca, Crvena Zvezda, Sofiya MOİK-i və Qarabağ-ın maraqlandığı argentinalı yekunda Malaga-ya icarəyə verilib. 27 yaşlı futbolçunu birillik icarəyə götürən Sequnda təmsilçisinin gələn yay onu birdəfəlik transfer etmək hüququ da var.

 Qeyd edək ki, Qustavo Blanko Leşukun transfer dəyəri 2,5 milyon avrodur. Cari mövsüm Malaga-nın formasıyla Sequndada 10 oyuna çıxan hücumçu 4 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.