Roma metrosunda eskalatorun qırılması nəticəsində azarkeşlə yaralanıb - video


İdman 24 Okt 2018 10:11:00 311 0

Roma metrosunda eskalatorun qırılması nəticəsində azarkeşlə yaralanıb - video

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Roma (İtaliya) - MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

Goal.az xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, yaralananların ümumi sayı 30 nəfər təşkil edir. Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb. Səfirliyin məlumatına görə, "Repubblica" metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub, lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil.

Yerli KİV rusiyalı fanatların sərxoş vəziyyətdə eskalatorda atılıb-düşməyə başladıqdan sonra qəza baş verdiyini yazıb.