Özil almanların rekordunu təkrarladı


İdman 23 Okt 2018 11:51:00 276 0

Özil almanların rekordunu təkrarladı

İngiltərə Premyer liqasının 9-cu turunda Arsenal-Leicester qarşılaşmasında rekord təkrarlanıb.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi Məsut Özil matçda fərqlənməklə Arsenal-ın heyətində vurduğu qolların sayını 30-a çatdırıb. Nəticədə, İngiltərə çempionatında çıxış edən alman futbolçulara məxsus rekordu təkrarlayıb. Əvvəlki rekord Yurgen Klinsmanna məxsus idi. Klinsmann Tottenham klubunun heyətində aktivinə 30 qol yazdırıb.

İngiltərədə oynayan alman bombardirlər arasında Uve Resler (29), Robert Xut (21) və Lukas Podolskinin adı yer alır.