Ronaldo: "Yalan danışmaq fikrim yoxdur"


İdman 23 Okt 2018 11:34:00 282 0

Ronaldo: "Yalan danışmaq fikrim yoxdur"

Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldo ona ünvanlanan zorlama ittihamı ilə bağlı sualı cavablandırıb.

Goal.az xəbər verir ki, futbolçu yalan danışmaq fikrində olmadığını bildirib:

"Biz vəkillərlə iki həftə əvvəl bəyanatla çıxış etdik. Hamını inandırmaq istəyirəm: - mən yalan ifadə vermək fikrində deyiləm. Bilirsiniz, mən həyatdan və futboldan həzz almaq istəyirəm. Həqiqət zəfər çalacaq".

Sentyabrın sonunda Almaniyada amerikalı Ketrin Mayorqanın açıqlaması dərc edilib. Qadın Ronaldonu zorlamada ittiham edib. Mayorqanın sözlərinə görə, futbolçu 2009-cu ildə Las-Veqasda ona qarşı seksual zorakılıq edib. O, qeyd edib ki, forvard susması müqabilində ona pul verib. Bu hadisə ilə bağlı bəzi sənədlər də yayılmışdı.

Ronaldonun vəkili isə bu işlə bağlı sənədlərin saxtalaşdırıldığını bildirib.