Mauriçio Sarri: “Biz hamımız Mourinyoya hörmətlə yanaşmalıyıq”


İdman 22 Okt 2018 13:52:00 286 0

Mauriçio Sarri: “Biz hamımız Mourinyoya hörmətlə yanaşmalıyıq”

Chelsea-nın baş məşqçisi Mauriçio Sarri komandasının azarkeşlərinin həmkarı Joze Mourinyoya münasibətini şərh edib.

Goal.az xəbər verir ki, Sarri fanatları qınayıb.

“Azarkeşlər Mourinyonun “Stemford Bridc”də əldə etdiyi uğurları unudub. Portuqaliyalı Chelsea-da olarkən komandaya kifayət qədər mükafat qazandırıb. Biz hamımız Mourinyoya hörmətlə yanaşmalıyıq. Onun nailiyyətlərini yaddan çıxarmaq olmaz. Fanatları qınayıram”,- Sarri deyib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 9-cu turunda Chelsea Manchester United-lə qarşılaşıb (2:2). Matçdan sonra London klubunun azarkeşləri Mourinyonu uca səslə təhqir edib. Portuqaliyalı 3 barmağını yuxarı qaldıraraq Chelsea ilə birlikdə üç dəfə İngiltərə çempionu olmasını fanatlara xatırladıb.