Hazard karyerasını bitirəcəyi klubu açıqladı


İdman 20 Okt 2018 14:29:00 308 0

Hazard karyerasını bitirəcəyi klubu açıqladı

Chelsea-nin futbolçusu Eden Hazard gələcək karyerası haqda danışıb.

Goal.az xəbər verir ki, belçikalı futbolçu İngiltərə mətbuatına açıqlamasında karyerasını Chelsea-də bitirə biləcəyini deyib:

“Karyeramı Chelsea-də bitirə bilərəm. Komandada hər şeydən məmnunam. Ailəm də burda xoşbəxtdir. İspaniyaya getməsəm, təəccüblənməyin. Chelsea-nin azarkeşlərini sevirəm, düşünürəm ki, onlar da məni sevir”.

Hazard cari mövsümdə Premyer Liqada 8 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Hazard bir müddət əvvəl Real-da oynamaq istədiyini açıqlamışdı.