Suso: "İnter məni 2 dəfə transfer etmək istədi..."


İdman 20 Okt 2018 13:49:00 255 0

Suso: "İnter məni 2 dəfə transfer etmək istədi..."

Milan-ın futbolçusu Suso, A Seriyasında İnter-lə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Suso, İnter-in onu iki dəfə transfer etmək istədiyini deyib:

“İnter iki dəfə məni transfer etmək istədi. 2017-ci ildə və bu yay. Ancaq mən Milan-da qalmağı seçdim. Başqa İtaliya klubuna keçmək barədə düşünmürəm. Nə vaxtsa Milan məni göndərmək istəsə, onda başqa şey düşünəcəm. Milan-da qaldığım üçün xoşbəxtəm. Cennaro Qattuzonun rəhbərliyi altında daha da inkişaf edirəm. Uşaq vaxtı onu həmişə televiziyadan izləyirdim. Onun düzgün vaxtda, düzgün yerdə olduğunu düşünürəm. Hazırda ən çox sevdiyim futbolçu Eden Hazarddır. Onun oyunlarını izləyirəm. Topla çox gözəl rəftar edir. Onu izləməkdən yorulmuram”.

Suso 2015-ci ildə Liverpool-dan transfer edilib.