Chelsea-dan PSG-yə görə ayrılmır


İdman 19 Okt 2018 19:17:00 274 0

Chelsea-dan PSG-yə görə ayrılmır

Müdafiəçi Nqolo Kante Chelsea-dan ayrılmağa yaxındır.

Goal.az "La Qazetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, futbolçu PSG-yə keçəcəyi ilə bağlı yayılan xəbəri təkzib edib. 27 yaşlı fransalı London klubundan Real və ya Barcelona-ya qatılmaq naminə ayrılmaq niyyətindədir. PSG bu yay transfer dövründə Kanteni heyətə gətirmək istəyirdi. Lakin futbolçu klubdan imtina etmişdi. Onun Chelsea ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Kante 2016-cı ildə Leicester Citi-dən transfer olunib. “Zadəganlar” transferə görə 35,8 milyon avro xərcləyib.

Müdafiəçi bu mövsüm London klubunun heyətində 10 matçda meydana çıxıb.