Hiquain: “Rəhbərlik məni çölə tulladı”


İdman 18 Okt 2018 15:41:00 266 0

Hiquain: “Rəhbərlik məni çölə tulladı”

Milan-ın hücumçusu Qonsalo Hiquain Yuventus-a keçidindən danışıb.

Goal.az xəbər verir ki, futbolçu keçmiş klubundan məcburən ayrıldığını deyib. “İtaliya kubokunun final matçından sonra hiss etdim ki, mənə olan münasibət dəyişib. Bu arada Ronaldonu heyətə gətirdilər. Vəziyyət daha pisləşdi. Amma getmək istəmirdim. Yuventus-un uğurları üçün əlimdən gələni etmişəm. Burada bir sıra mükafat qazanmışam. Ronaldonun gəlişindən sonra vəziyyətdən çıxış yolları axtaran rəhbərlik məni, sözün əsil mənasında, çölə tulladı. Dedilər ki, sənə yer yoxdur. Fanatlar , komanda yoldaşlarımla münasibətim həmişə yaxşı olub. “Qoca senyora”dan ayrılmaq asan deyildi. Milan-da xoş qarşılandım. Bu komandanı seçdiyimə görə təssüflənmirəm”,- Hiquain deyib.

Hiquain Milan-da çıxdığı 7 qarşılaşmada 6 qol vurub.