Boksçumuz olimpiadada bürünc medal qazandı


İdman 18 Okt 2018 09:41:00 238 0

Boksçumuz olimpiadada bürünc medal qazandı

Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.

Goal.az-ın məlumatına görə, son olaraq Nurlan Səfərov 60 kq çəkidə bürünc medal uğrunda görüşə çıxıb.

O, misirli Marvan Mamdu Məhəmmədlə görüşü qələbə ilə başa vurub- 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).

Beləliklə, Səfərov olimpiadada bürünc medal qazanıb.

Qeyd edək ki, digər boksçu Nicat Həsənov bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.