Chelsea prezidenti: “Hazardın klubda qalmasını istəyirik”


İdman 17 Okt 2018 20:26:00 247 0

Chelsea prezidenti: “Hazardın klubda qalmasını istəyirik”

Chelsea-nın prezidenti Bryuk Bak Eden Hazardın klubda qalması üçün bütün mümkün variantlardan istifadə ediləcəyini deyib.

Goal.az xəbər verir ki, Belçika millisinin üzvünün indiki komandası ilə müqaviləsi 2020-ci ildə başa çatır. London klubunun prezidenti deyib: “Azarkeşlər Edeni cox sevir. Təkcə yaxşı futbolçu deyil, həm də əla insandır. Onun qalmasına çalışırıq. Əlimizdən gələni edəcəyik ki, yeni müqavilə bağlayaq”.

27 yaşlı futbolçu hazırda İngiltərə çempionatında bombardirdir. 6 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.