"Almaniya millisinin Özilə ehtiyacı var”


İdman 17 Okt 2018 17:49:00 263 0

"Almaniya millisinin Özilə ehtiyacı var”

Arsenal-ın keçmiş baş məşqçisi Arsen Venqer Almaniya millisini tərk edən Məsut Özildən danışıb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis türk əsilli futbolçunun milliyə qayıdacağına ümid etdiyini deyib. “Məncə, Almaniya millisinin Özilə ehtiyacı var. Yüksək səviyyəli futbolçudur. Mundialda pis təsir bağışlamadı. Onun bu şəkildə millidən getməsi ürəyimcə olmadı. Məsutun Almaniya millisinin uğurları üçün çalışdığını hamı bilir. İstənilən futbolçu dünya və ya Avropa çempionatına hazırlaşmaq lazım olmadığını düşünəndə daxilən əzab çəkir. Rahatlığı pozulur. Özil millidə forma geyməsə, daha pis vəziyyətə düşə bilər. Ümid edirəm ki, Yoahim Löv onu razı salacaq”, - Venqer bildirib.