Celtic-in futbolçusu karyerasını bitirdi


İdman 13 Okt 2018 14:20:00 309 0

Celtic-in futbolçusu karyerasını bitirdi

Yunanıstan milli komandasının sabiq futbolçusu Georgios Samaras karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə Şotlandiyanın Celtic klubu rəsmi "Twitter" hesabından paylaşım edib.

Qeyd edək ki, Georgios Samaras 2006-cı ildən 2014-cü ilə qədər Yunanıstan yığmasının formasını geyinib. O, karyerası ərzində Celtic-lə yanaşı, Hollandiyanın Herenveen, İngiltərənin Manchester City və Vest Bromwich, İspaniyanın Saragosa və Türkiyənin Samsunspor klublarının şərəfini qoruyub.