FIFA Dominikan Futbol Federasiyasının prezidentinə ağır cəza verdi


İdman 12 Okt 2018 15:21:00 309 0

FIFA Dominikan Futbol Federasiyasının prezidentinə ağır cəza verdi

FIFA Dominikan Futbol Federasiyasının prezidenti Osiris Quzmana ağır cəza verib. 

Goal.az qurum saytına istinadən xəbər verir ki, FIFA federasiya rəhbərinin 10 il müddətinə futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmasına qadağa qoyub.  O, həmçinin 150 min isveçrə frankı məbləğində də cərimələnib. Quzman FIFA-nın etik davranış qaydalarını pozmaqda və rüşvət almaqda ittiham olunur. 

Qeyd edək ki, Osiris Quzman daha öncə vəzifəsindən 90 günlük kənarlaşdırılmışdı.