Millimiz Farer adaları ilə qarşılaşır


İdman 11 Okt 2018 09:46:00 309 0

Millimiz Farer adaları ilə qarşılaşır

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, millimiz 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər bir dəfə qarşılaşıblar. 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında milli 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Q.Qurbanov qoyub.

Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. 

Millətlər Liqası

D Liqası, III qrup

III tur

 

22:45. Farer adaları - Azərbaycan

Baş hakim: Aleksey Yeskov

Torshavn. “Torsvollur” stadionu