Lopeteqi Real-dan qovula bilər


İdman 08 Okt 2018 16:19:00 251 0

Lopeteqi Real-dan qovula bilər

Real-ın baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilə bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, onun yerini Chelsea-nın keçmiş çalışdırıcısı Antonino Konte tutacaq. Madrid klubunun rəhbərliyi hazırda klubsuz olan Konteni bu posta ən yaxşı namizəd hesab edir.

Real ölkə çempionatında artıq üçüncü oyundur ki, qələbə üzünə həsrət qalıb. Komanda 8 turdan sonra turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.Klubun uğursuzluğu baş məşqçinin təzyiqlərlə üzləşməsinə səbəb olub. Lopeteqinin taleyinə oktyabrın 28-də aydınlıq gətiriləcək. Həmin gün Real əzəli rəqibi Barcelona ilə qarşılaşacaq.