Vinq Çun ustalarımız Rusiyada beynəxalq festivala qatılacaq


İdman 08 Okt 2018 13:45:00 400 0

Vinq Çun ustalarımız Rusiyada beynəxalq festivala qatılacaq

12-14 noyabr 2018-ci il tarixində Rusiyanın Moskva şəhərində Dünya Döyüş Sənətləri üzrə “ I Beynəlxalq Budo Festifalı” keçiriləcəkdir. Goal.az xəbər verir ki, Rusiyada ilk dəfə təşkil olunacaq bu beynəlxalq Budo Festivalında canlı əfsanə sayılan ustalardan aykido ustası, döyüşçü aktyor, “böyük ustad” Stiven Siqal və Vinq Çun üzrə qrandmaster Samuel Kvok, eləcə də dünyanın bir çox ölkələrindən gələcək müxtəlif döyüş növləri üzrə məhşur ustalar iştirak edəcəklər. Festivalda Vinq Çun, Aykido və bir çox döyüş sənətləri üzrə seminarlar,yarışlar keçiriləcək. Bu festivalın əsas təşkilatçısı sayılan dünyaca məhşur döyüşçü aktyor, canlı əfsanə Stiven Siqal tərəfindən rəsmi dəvət əsasında ölkəmizi bu beynəlxalq festivalda Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Respublikanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli idman ustası, dünya çempionu Asif Sayadov, federasiyaının vitse-prezidenti İlqar Mustafayev, təşkilatı məsələlər üzrə sədr Mahmud Mehtioğlu və federasiyanın milli yığmasının iki üzvü Elşən Hacızadə və Heydər Zeynalov təmsil edəcək. Festivalın açılış mərasimində Stiven Siqalla Asif Sayadovun birlikdə döyüş texnikalarının demo çıxışı maraqla gözlənilir. A.Sayadov bir sıra ölkələrdə dəfələrlə analoji seminarlar verməsi ilə tanınır.

Qeyd edək ki, Asif Sayadov Vinq Çun döyüş sənətinin ölkəmizdə ki yaradıcısı, Beynəlxalq Vinq Çun assosiasiyasının Azərbaycanda kı rəsmi nümayəndəsidir.