Real-dan əsrin antirekordu


İdman 07 Okt 2018 10:30:00 320 0

Real-dan əsrin antirekordu

İspaniya La Liqasının 8-ci tur matçında Madrid Real-ı Alaves-ə 0:1 hesabı ilə məğlub olub.

Goal.az xəbər verir ki, bu oyundan sonra madridlilərin qolsuz oyunlar seriyası ardıcıl 4 matça çatıb. Bu oyunlarda komanda üç məğlubiyyətə uğrayıb.

Bu qolsuzluq seriyası Kral klubu üçün XXI əsrdə ən pis nəticə kimi qeydə alınıb.

Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri Atletico ilə heç-heçə (0:0) edib və Sevilla-ya uduzub (0:3). Eyni zamanda Çempionlar Liqasında Rusiya MOİK-inə 0:1 hesabı ilə məğlub olub.

Real futbolçuları yalnız 1982 və 1985-ci illərdə ardıcıl olaraq 4 oyunda qol vura bilməmişdilər.