Avroliqada həftənin ən yaxşısı adına namizədlər açıqlandı


İdman 05 Okt 2018 12:57:00 238 0

Avroliqada həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizəd futbolçuların siyahısı açıqlanıb.


Goal.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, siyahıda Alfredo Morelos (Rangers), Patrik Kutrone (Milan),  Leo Lima (PAOK) və İslam Slimaninin (Fenerbahçe) adı var. Futbolçuların hər biri ötən gün keçirilən görüşlərdə dubl edib. Morelos Rapid, Kutrone Olympiakos, Lima BATE, Slimani isə Spartak-la (Trnava) görüşdə iki qol vurub.

Həftənin ən yaxşı oyunçusun UEFA-nın saytında keçirilən səsvermədə azarkeşlər tərəfindən müəyyənləşəcək.