Tottenham Barcelona ilə oyuna 5 itki ilə çıxacaq


İdman 02 Okt 2018 18:46:00 306 0

Tottenham Barcelona ilə oyuna 5 itki ilə çıxacaq

Tottenham Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya Barcelona-sı ilə keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib.

Goal.az klubun rəsmi "Twitter" səhəfisinə istinadən xəbər verir ki, London təmsilçisi bu qarşılaşmada 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Yan Vertongen və Serj Orye, yarımmüdafiəçilərdən isə Dele Alli, Kristian Eriksen və Mussa Dembele Kataloniya klubu ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək Tottenham - Barcelona matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.