Kapitan milli karyerasını bitirdi


İdman 01 Okt 2018 16:48:00 294 0

Kapitan milli karyerasını bitirdi

Aston Villa-nın futbolçusu Mayl Yedinak kapitanı olduğu Avstraliya yığma komandasındakı karyerasını başa vurub. 

Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bunu şəxsi “İnstagram” hesabında yazıb. 

“Millidəki karyeramı bitirməyin vaxtıdır. Uşaq yaşlarımdan bu məşhur yaşıl və qızılı rənglər altında oynamağı arzulayırdım. İndi milli karyeramı bitirmək üçün düzgün vaxt olduğunu düşünürəm" deyən Yedinak bütün diqqətimi klub karyerasına yönəltmək istəyini diqqətə çatdırıb. O, 10 il ərzində milli formanı geyinmək və kapitan olmaqdan qürur duyduğunu bildirib: "Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.

Yedinak 2008-ci ildən milli komandada çıxış edirdi. Bu müddət ərzində 79 dəfə milli formani geyinən futbolçu 20 qol fərqlənib.