Barcelona-da növbəti zədə


İdman 30 Sen 2018 15:14:00 343 0

Barcelona-da növbəti zədə

Barcelona klubu ciddi itki ilə üzləşib. Gol.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Serji Roberto “Atletik”lə matçda zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə futbolçunun Barcelona-nın Çempionlar Liqasında “Tottenhem”ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyi bildirilib. Robertonun nə qədər yaşıl meydanlardan uzaq qalacağı isə tam bəlli deyil. Barcelona - Ahtletic matçı 1:1 hesabıyla bitib.  Bir müddət əvvəl "Barsa"nın digər müdafiəçisi Samuel Umtiti də zədələnmişdi.