Növbəti rəqib Çexiya olacaq
İdman 29 Sen 2018 10:54:00 285 0
Gürcüstanın Batumi şəhərində davam edən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi açıqlanıb.
Goal.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət komandasına Çexiya rəqib olub. Qadınlar isə Latviya ilə üz-üzə gələcəklər. Qarşılaşmalar sentyabrın 30-da keçiriləcək.
Beş turdan sonra kişilərdən ibarət yığma Çexiya, Polşa və Ukrayna ilə birgə 10 xalla 1 - 4-cü yerləri bölüşür, qadın millisi 8 xalla 8-cidir.
Bu gün Azərbaycan komandaları müvafiq olaraq, Ermənistana (2,5:1,5) və Yunanıstana (3:1) qalib gəlib.
Mənbə: goal.az