Müller Almaniyada keçiriləcək Avropa çempionatı ilə nöqtə qoyacaq


İdman 28 Sen 2018 16:00:00 311 0

Müller Almaniyada keçiriləcək Avropa çempionatı ilə nöqtə qoyacaq

Bayern Munchen və Almaniya millisinin hücumçusu Tomas Müller AÇ-2024-ün ölkəsində keçiriləcəyi üçün xoşbəxt olduğunu bildirib. Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu AÇ-2024-ün Almaniyada keçiriləcəyi açıqlandıqdan sonra “Bavariya”dakı komanda yoldaşı Aryen Robbenlə birlikdə sosial şəbəkə hesabından video paylaşıb. Hücumçu ölkəsində keçiriləcək Avropa çempionatının onun üçün son turnir olacağını açıqlayıb:

“AÇ-2024 son turnirim olacaq”.

2010-cu ildən Almaniya millisinin şərəfini qoruyan Müller, yığmada keçirdiyi 96 younda 38 qol vurmağı bacarıb.