Löv: "Özil hələ də mənim ürəyimdədir”


İdman 28 Sen 2018 13:44:00 235 0

Löv: "Özil hələ də mənim ürəyimdədir”

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özilin onunla görüşmək istəməməsinə münasibət  bildirib. 

Goal.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, baş məşqçi  açıqlamasında yaranan vəziyyətdən üzgün olduğunu bildirib:“O, bizimlə danışmaq istəmir. Bu məni məyus edir. Çünki uzun müddət onunla bir yerdə çalışmışıq. Təbii ki, Özillə görüşmək, danışmaq istəyirəm. O, hələ də mənim ürəyimdədir”.

Xatırladaq ki, FİFA-nın təşkil etdiyi “The Best” mükafatlandırma tədbirinə gedən Löv Almaniya millisinin sabiq üzvü ilə görüşmək istəsə də o, görüşdən imtina edib.