Klopp rəqibin baş məşqçisini tərifləyib


İdman 26 Sen 2018 17:21:00 275 0

Klopp rəqibin baş məşqçisini tərifləyib

Liverpool-un baş məşqçisi Yurqen Klopp İngiltərə Liqa kubokunda Chelsea-yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Goal.az xəbər verir ki, alman mütəxəssis “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarriyə tərif yağdırıb.

“Qısa zaman içərisində, bu qədər tez sistem dəyişən baş məşqçi görməmişdim. Sarri sadəcə, möhtəşəmdir. O, Napoli-ni çalışdırdığı vaxtdan onun azarkeşiyəm. Mövsümün əvvəlindən bu yana onun Chelsea-yə təsirinə görə bilərsiz. Yaxşı komanda yaradıb və gözəl işlər görür”.

Liverpool - Chelsea matçı bu gün, saat 22:45-də start götürəcək.